Aleks Ferqyuson komadan ayıldı

Aleks Ferqyuson komadan ayıldı

Baxış sayı: 2. 376 dəfə baxılıb.

Şotlandiyalı sabiq məşqçi Aleks Ferqyuson komadan ayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı mütəxəssis hələ də Salford xəstəxanasının reanimasiya şöbəsindədir.

Ancaq o, artıq otura, ailəsi və dostları ilə danışa bilir. Həkimlər məşhur məşqçinin tezliklə sağalacağına dair müsbət proqnoz versələr də, tam bərpa prosesinin uzun sürəcəyini bildirirlər.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olub. O, bu müddətdə 38 titul qazanıb.

S.T.
www.ÇıxışYolu.Com