Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu

Baxış sayı: 3. 710 dəfə baxılıb.

Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, Aleksandr Səmədov finalın səfirlərindən biri olacaq.

Moskvanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov bu turnirin səfiri kimi bu gün və sabah Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KIA Kubok Turu”nda iştirak edəcək.

Qeyd edək ki, bu turnirin digər səfirləri argentinalı Ernan Krespo və Vəli Qasımovdur.