0c07a9bf-d8bc-4be4-b516-610825efe39c..jpg

Aleksey Danilov: “Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək hüququ var”

Baxış sayı: 761 dəfə baxılıb.

Aleksey Danilov: “Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək hüququ var”

“Ukraynanın Rusiya Federasiyası ərazisinə zərbə endirmək üçün yerli
hərbi-sənaye kompleksi tərəfindən hazırlanmış silahlardan istifadə etməsinə
dair heç bir qadağa yoxdur”.

Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey
Danilov “Yedinıye novosti” telemarafonunun efirində deyib.

O vurğulayıb ki, əgər işğalçı ölkə Ukraynaya qarşı nəhəng hərbi kampaniyaya
başlayıbsa və Rusiyanın hücumları nəticəsində ölkədə mülki şəxslər, o cümlədən
də uşaqlar ölürlərsə, o zaman necə hansısa tabulardan söhbət gedə bilər?

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ukrayna tərəfinin tərəfdaş
ölkələrlə onların silahlarından Rusiya ərazisində istifadə etməmək barədə
razılaşmalarına diqqət çəkib. Bu ona görə lazımdır ki, tərəfdaş ölkələri
Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakda ittiham etməsinlər.

Lakin Danilov qeyd edib ki, bu qadağa Ukrayna istehsalı olan silahlara şamil
edilmir.

“Demək istəyirəm ki, biz bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmişik.
Baxmayaraq ki, hər şeyi demək olmaz, lakin CNN nümayəndələrinin dəniz dronları
haqqında öyrəndikləri çox məhdud sayda ölkənin sahib olduğu şeylərdir”, – deyə
o bildirib.

Aleksey Danilov, həmçinin, əlavə edib ki, hazırlanan bu cür silahlar döyüş
tapşırıqlarını əla yerinə yetirməyə qadirdir.

Mənbə: RBC-Ukrayna

Source link