821cc427-ac39-470c-b036-24bf924842d5..jpg

Aleksey Nejivoy: “Ermənistan bədən alveri ilə məşğul olur, bu, qədim peşəsidir” – Rusiyadan ŞƏRH

Baxış sayı: 1. 051 dəfə baxılıb.

Aleksey Nejivoy: “Ermənistan bədən alveri ilə məşğul olur, bu, qədim
peşəsidir” – Rusiyadan ŞƏRH

“Qərb Ermənistandan istifadə edir. Ukraynadakı münaqişə dünya dollar
sisteminin dağılmasına gətirib çıxarır. Qərb də Cənubi Qafqazı, həmçinin qonşu
ölkələri (orada isə ABŞ-nin təsiri altında olmayan İran və Türkiyə
yaxınlıqdadır) silkələməklə bunun qarşısını almağa çalışır”.

Bu sözləri Rusiyada Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri
Aleksey NejivoyCixisyolu.com -a Ermənistanın ilin
əvvəlindən bəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı iki
demarşını şərh edərkən bildirib.

Ermənistanı, şərti olaraq, hamının unudulmuş kasıb qohumu adlandıran ekspert
Rusiyanın hazırda İrəvanla maraqlanmadığını, səbəb kimi isə normal, adekvat
Azərbaycan və Türkiyəni dəstəkləməyin daha yaxşı olduğu vurğulayıb.

“İcazə verin, sizə kobud bir bənzətmə deyim – Ermənistan bədən alveri ilə
məşğuldur, bu, qədim peşəsidir. Ona görə də həm Fransa, həm də ABŞ Ermənistan
vasitəsilə Cənubi Qafqaza girişirlər. İrəvan regional təxribatçı rolunda çıxış
edir. Bunun nəticəsi yaxşı olmayacaq. Ermənistan regionda əziyyətlə işə düşən
sülh prosesindən vurulub çıxarılır və o, yavaş-yavaş Qərb relslərinə doğru
irəliləməyə çalışır. Azərbaycan isə özünü həm iqtisadi, həm də siyasi baxımdan
yaxşı hiss edir”, – deyə A.Nejivoy əlavə edib.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın
Qarabağla bağlı Azərbaycana ilkin şərtlər irəli sürən bəyanatlarını
xatırladaraq İrəvanda yenə Qərbə ümid edildiyini deyib. Bununla belə, onun
sözlərinə görə, Qərb Ermənistana, xüsusən də hərbi məsələdə (çünki hamısı
Ukraynaya gedir) heç bir yardım göstərmək iqtidarında deyil.

“Düşünürəm ki, Qərb hələ də Rəcəb Tayyib Ərdoğanın amerikapərəst liderlə
əvəzlənəcəyi ümidi ilə Türkiyədəki seçkiyə “stavka” edir. Sonra Cənubi Qafqazda
vəziyyəti pozmaq daha asan olacaq. Bu, Qərbin çap qurğusu üzərində qurulan
rifah sisteminin dağılmasının qarşısını almaq və onların pullarının – dolların,
yaxud avronun dünyanın qalan hissəsinə tətbiq edilməsi üçün dünya münaqişəsinə
təsir etmək üsuludur. Axı o zaman parazitlik üzərində bərqərar olan
iqtisadiyyat özünü təmin etmək üçün yenidən qurulmağa məcbur olacaq”, – deyə
Aleksey Nejivoy sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Source link