91e043f2-5fe3-4525-9c98-1070887a6914..jpg

Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Baxış sayı: 731 dəfə baxılıb.

Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı
müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin
Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında
münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

Ermənistan mediasının məlumatına görə, bu barədə Simonyan çexiyalı həmkarı ilə
görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz ölkələrimiz arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, müxtəlif
beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə etdik. Bundan başqa
regional məsələlər, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması
məsələsi ətrafında fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Source link