ac2c2a39-38e4-4f9f-abd0-a271c2f8030e..jpg

Alen Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil” – VİDEO

Baxış sayı: 545 dəfə baxılıb.

Alen Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrəvan üçün Qarabağ məsələsi mövcud deyil. Ermənistan tərkibində Qarabağın
olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri
Alen Simonyan brifinqdə bəyan edib.

“Qarabağ məsələsi həll olunubmu nə deməkdir? Qarabağ məsələsinin həllinin və
ya həll edilməməsinin mahiyyəti nədir? Ermənistanda hazırda belə bir məsələ
yoxdur. Ermənistan Qarabağın da tərkibində olduğu Azərbaycanın ərazi
bütövlüyünü tam dəstəkləyir. Yəqin ki, son ilyarım ərzində biz bu barədə səkkiz
dəfə danışmışıq”, – deyə parlamentin spikeri vurğulayıb.

O əlavə edib ki, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh
müqaviləsinin imzalanmasıdır.

Xatırladaq ki, Simonyan bundan əvvəl yaxın 15 gün ərzində
Bakı və İrəvan arasında sülh müqaviləsinin
bağlana biləcəyini bildirmişdi.


Source link