a58b1bff-42a7-4455-99e8-c390c86d75d7..jpg

Alen Simonyan: “İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

Baxış sayı: 509 dəfə baxılıb.

Alen Simonyan: “İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”.

“Caliber” teleqram kanalının məlumatına görə, bu barədə Ermənistan
parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən
bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri
Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması
mümkündür.

Spikerin sözlərinə görə, rəsmi İrəvan çox istəyir ki, bu məsələdə irəliyə
doğru addım atılsın.

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım
deyil. Biz buna hazırıq”, – deyə Alen Simonyan İctimai Televiziyada bildirib.

Source link