b3aaf117-a917-470b-9000-7d0985ec3db3..jpg

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Baxış sayı: 641 dəfə baxılıb.

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Noyabrın 1-də Ali Məhkəmənin Elmi-Məsləhət Şurasının növbəti iclası
keçiriləcək.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

İclasda “Cinayət mühakimə icraatında sahələrarası preyudisiya, mülki işlər
üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin vergi
hüquqpozmalarına dair qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində
preyudisial əhəmiyyəti, eyni bir vergi hüquqpozması ilə bağlı paralel inzibati
araşdırmanın və cinayət təqibinin aparılması problemi” mövzuları üzrə
müzakirələrin təşkili planlaşdırılıb.

Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə
ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-Məsləhət Şurasının
təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən
hüquqşünas ekspertlərin 18 oktyabr tarixədək[email protected]
elektron ünvanına müraciət etmələri
(CV əlavə olunmaqla) təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc
üzvlər kimi dəvət olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət
Şurası fəaliyyət göstərir. Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə
təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn
inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən
ibarətdir.

Source link