d4b61ecc-016e-4536-99d8-7901e34f054c..jpg

Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar qəbul olunub

Baxış sayı: 668 dəfə baxılıb.

Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar
qəbul olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə
təqsirləndirilən Müşfiq Qurbanovla bağlı Ali Məhkəmədə qərar qəbul olunub.

“Report” xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə
iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti
təmin edilməyib.

Xatırladaq ki, təqsirləndirilən şəxs 2020-ci il noyabrın 30-da 1 saylı Bakı
İstintaq Təcridxanasında vəfat edib.

Qeyd edək ki, Müşfiq Cümşüd oğlu Qurbanova qarşı Cinayət Məcəlləsinin 214.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə
terrorçuluq), 214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm
zəminində törədildikdə) və 307.3 (cinayət barəsində xəbər verməmə və ya
qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham irəli sürülüb.

O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan
məhrum edilib.

İttihama görə, məhkum 2018-ci il iyulun 3-də hazırda həbsdə olan Yunis Səfərov
Müşfiq Qurbanovun da daxil olduğu xarici dövlətlərdə fəaliyyət göstərən
radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə
şəhərində İcra Hakimiyyətinin ozamankı icra başçısı Elmar Vəliyevə qarşı
sui-qəsd həyata keçirməyə çalışıb.

M.Qurbanov 2018-ci il iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Gəncə
işi”ndə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O, 2018-ci il oktyabrın
24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb.

O, Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra 2020-ci il
yanvarın 17-də Bakıya gətirilib.

Source link