94bc4a92-58c3-4f15-9b0d-b228c1a72b81..jpg

Ali Məhkəmənin mətbuat katibi istefa verdi

Baxış sayı: 608 dəfə baxılıb.

Ali Məhkəmənin mətbuat katibi istefa verdi

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi
Allahverdi Məmmədli işdən ayrılıb.

APA xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə
yazıb.

O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin
sədrinə ərizə ilə müraciət edib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun
Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali
Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində
çalışır.

Source link