4d336a30-ce90-4463-a659-6243a9a3afd2..jpg

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib

Baxış sayı: 1. 267 dəfə baxılıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq
imtahanı keçirilib

Fevralın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) 11 şəhər və rayonda ali təhsil
müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də
operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən
binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə
aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların
22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı
şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında
hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt
tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə
tutulur.

Qeyd edək ki, I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və
TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq
olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.

Source link