9e4b75fe-bde0-4cb6-9d02-18be40f963cd..jpg

Alim Qasımov ABŞ-də konsert verib – FOTO

Baxış sayı: 1. 434 dəfə baxılıb.

Alim Qasımov ABŞ-də konsert verib – FOTO

Azərbaycanın Xalq artisti, dünyaca məşhur muğam ifaçısı Alim Qasımov ABŞ-nin
Texas ştatının Ostin şəhərində yerləşən Texas Universitetinin Butler Musiqi
Məktəbində konsert proqramı ilə çıxış edib.

“Report” xəbər verir ki, musiqili gecəyə ABŞ-də yaşan Azərbaycan icmasının
fəalları və yerli ictimaiyyət nümayəndələri qatılıblar.

Azərbaycan əsilli amerikalı dirijor Fərhad Xudiyev təşkilatçılığı və
dirijorluğu ilə baş tutan konsert proqramını Texas Universitetinin simfonik
orkestri müşayiət edib.

Gecədə A.Qasımovla bərabər tanınmış musiqiçilərin mahir kamança ifaçısı
İmamyar Həsənov, “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov
səhnə alıblar.

Konsert proqramında klassik və avanqard ABŞ bəstəkarlarının əsərləri, eyni
zamanda Azərbaycan musiqiləri səsləndirilib.

A.Qasımovun ifasında səslənən muğamlar amerikalıların xüsusi marağına səbəb
olub.

Gecədə çıxış edən azərbaycanlı rəqqasə Ləman Hendriksin ifa etdiyi milli
rəqslər sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı anşlaqla başa çatıb.

Source link