f77c632c-3d48-4842-b48c-10bbef27eb73.jpg

Alim Qasımov: “Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı”

Baxış sayı: 247 dəfə baxılıb.

Xalq artisti Alim Qasımov “İzzət şou”nun qonağı olub.

Cixisyolu.com xəbər verir ki, xanəndə türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı
xatirəsini bölüşüb:

“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisinə məni də
dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur.
“Çərşənbə günündə, çeşmə başında…” zümzümə edib, mikrofonu ona verdim.
Mikrofona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə
oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrofonu elə günə qoymuşdular.
Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nə isə. Bütün qeybətləri
etdim burada, Allah qeybətə yazmasın”.

“Bir dəfə də, cavan uşaq idim. Məclisə getmişdim. Bir dənə də böyük, tanınmış
oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikrofonunu mənə verdilər. Ağzımı açan
kimi, ömrümdə də yaxşı mikrofonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən
kimi mikrofonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala
bilməzsən”, – deyə Alim Qasımov qeyd edib.

Daha ətraflı videoda:

Source link