Alim Qasımovun qızı atasının evindən oğurluq edən həyat yoldaşını BAĞIŞLADI
“Qızımın və Ümidin ailə qurmasında böyüklərin əli yoxdur. Bu, cavanların
özlərinin bir-birinə olan baxışlarından və ünsiyyətdən olan münasibət olub. Biz
də onların izdivac fikrinə “yox” demədik. Alim Qasımovun ilk nəvəsinin toyu
idi. Bir də Fatimə ailəmizin sevimlisidir. Ona görə sevinirdik”.
Bu sözləri Əməkdar artist Fərqanə Qasımova rejissor Nail Naiboğlunun “Qırmızı”
yutub layihəsinə açıqlamasında deyib.
Xanəndə qızı Fatimənin Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə
qurmasından danışıb.
F.Qasımova “Natiq Şirinov necə qudadır” sualına “Allah bu sevinci nə bizə, nə
oğlan evinə çox görsün. Əsas odur ki, Natiq Şirinov evinə gələn o qızı, gəlini
öz övladı kimi sevir” cavabını verib.
Xanəndə tezliklə nənə olmağı arzuladığını da gizlətməyib.
“Fərqanə Qasımova həyat yoldaşını bağışlayıb” sualına ifaçı “hə” cavabını
verib.
Qeyd edək ki, F.Qasımovanın həyat yoldaşı Elnur Mövlamov həbs edilib. O,
Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə
təqsirli bilinir. İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı
Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın produseri Rəşadət Fərzəliyev
tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs
cəzası verilib.
Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına
görə həbs edilən kürəkəni Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinə şikayət
edib. Onun həbs müddəti bir il azaldılaraq 8 ilə endirilib.
F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.