Alim Quliyev: Nağdsız əməliyyatların həcmi 4.8 dəfə artıb

Alim Quliyev: Nağdsız əməliyyatların həcmi 4.8 dəfə artıb

Baxış sayı: 3. 491 dəfə baxılıb.

Mərkəzi Bank rəqəmsal ödənişlərin istifadəsinin artırılması məqsədilə cari ildə ölkə üzrə kütləvi təbliğat və təşviqat kampaniyasının təşkil edilməsini planlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib.

O deyib ki, bu istiqamətdə artıq kommunikasiya planı hazırlanıb. Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası və bank ictimaiyyəti ilə birgə kommunikasiya planını icra edəcəkdir.

Alim Quliyev bildirib ki, nağdsız ödənişlərin artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində son beş il ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4.8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4.6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən dörd dəfə artıb. 

.
www.ÇıxışYolu.Com