Alimlər alman rəssamı Holbeynin 16-cı əsrə aid rəsminin sirrini açıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniya Kral İncəsənət Kolleksiyasının mütəxəssisləri məşhur alman rəssamı
Hans Holbeynin müştərilərinin portretlərini daha cəlbedici etmək üçün yenidən
çəkdiyini aşkar ediblər. Bu, Holbeynin alman taciri Derix Bornun əks olunduğu
rəsmin tədqiqi zamanı aydın olub.
Rentgen və infraqırmızı skanerlər rəssamın əvvəlcə müştərinin əsl üzünü –
kifayət qədər kök olan bir gənci kətan üzərində necə çəkdiyini, sonra isə
müştərini ətli yanaqları əvəzinə qabarıq üz sümükləri və künclü çənə ilə təsvir
etmək üçün qat-qat dəyişikliklər etdiyini göstərib.
“Biz açıq-aşkar görürük ki, Holbeyn iki qat lazurit mavisi rəngdə olan fon
vasitəsilə o və Derix Born özü bu bənzərlikdən razı qalanadək yanaqları və çənə
xəttini təkmilləşdirməyə davam edib”, – deyə Britaniyanın kral kolleksiyasının
rəsmlərinin konservasiyası şöbəsinin rəhbəri Nikola Kristi bildirib.
Derix Bornun portreti Holbeynin Bukingem Sarayındakı Kraliça Qalereyasında
nümayiş etdirilən 50-dən çox əsəri arasındadır. Hans Holbeyn ilk dəfə 1526-cı
ildə İngiltərəyə gedib və Kral VIII Henrixin sarayına rəssam təyin edilib.
Mənbə: gazeta.ru