Alimlər belə qənaətə gəlib ki, smartfon sahibinin psixi vəziyyətində problemlər yarada bilər.
Bu barədə ÇıxışYolu.Com “Business Insider”ə istinadən xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, daim gələn zənglər və bildirişlər stress hormonlarının fəaliyyətinə təkan verir. Bu da “vur və ya qaç” müdafiə reaksiyasını fəallaşdırır.
Bu vəziyyət amerikalı tələbələrinin 89%-nin “fantom” vibrozənglər – telefon hətta söndürülmüş halda olanda beynin ona reaksiya verməsindən şikayət etmələrinə gətirib çıxarır. Amerikalıların daha 86%-i daim elektron poçtunu və sosial şəbəkələri yoxladıqlarını etiraf edir.
Endokrinoloq Robert Lyustiqin qeyd etdiyi kimi, telefon bildirişləri beyni, demək olar ki, fasiləsiz stress və qorxu içində saxlayır. Bu halda baş beyin ali səviyyəli koqnitiv funksiyalara (özünü refleksiya, iradə, abstrakt təfəkkür, mənimsəmə və metabillik) cavab verən prefrontal qabığının tam həcmdə funksiyasını yerinə yetirə bilmir:
“Sizi bədbəxtliyə gətirə biləcək axmaq işlərlə məşğul olursunuz”, – deyə Lyustiq qeyd edir.
Alimlərin dediyinə görə, insanların 97.5%-i çoxfunksiyalı işləri görməyi bacarmır. Əgər insan bir işlə məşğuldursa, o, telefon zənginə cavab vermək üçün işindən ayrılmağa məcbur qalır.
Çaşdığı təqdirdə isə kortizol stress hormonunun səviyyəsi artır, bunun neytrallaşdırılması üçün beyin sevinc hormonuna ehtiyac duyur. Başqa sözlə, toplanılan stress bir çox işi birdən görməyə çalışdıqda xəstəlik vəziyyətinə gətirib çıxarır.