85c32c34-327f-48bc-8902-5dc44a4e093e..jpg

Alimpaşa Məmmədovun məhkəməsi: Dövlətə vurduğu ziyan ödənildi

Baxış sayı: 734 dəfə baxılıb.

Alimpaşa Məmmədovun məhkəməsi: Dövlətə vurduğu ziyan ödənildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin
sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, hakim Natiq Əliyevin sədirliyi ilə keçirilən
prosesdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)-nın nümayəndəsi də
iştirak edib.

Məhkəmədə pandemiya dönəmində ərzaq məhsullarının silinməsi ilə bağlı suallar
cavablandırılıb. Eyni zamanda hakim tərəfindən şahid qismində iştirak edən
şəxsə pandemiya dövründə ehtiyaclı ailələrə ərzaq paylanması ilə bağlı
yaradılmış komissiyanın işi ətrafında suallar verilib.

Bundan əlavə, məlum olub ki, “Şəmkir Səbət” və “Abad Şəmkir” MMC-nin
Sahibkarlığa Kömək Milli Fonduna vurduğu ziyan ödənilib. Belə ki, “Şəmkir
Səbət” MMC 200 min manat, “Abad Şəmkir” MMC 500 min manat dəyərində dəyən
ziyanın ödənilməsini təmin edib.

Source link