Alla Puqaçovanın Kiprdə halı pisləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya estradasının primadonnası Alla Puqaçovanın Kiprdə alış-veriş zamanı
halı pisləşib.
Bu barədə xəbəri obyektin müştəriləri veriblər.
“Alla Borisovna səhhətinin pis olduğunu gizlətmədi. Satıcıya səhhətindən
şikayət etdi. O, hətta daha böyük ölçüdə ayaqqabı almağa məcbur oldu. Əvvəlki
ayaqqabılarının daha ayağına gəlmədiyini, hər gün ayaqlarının şişdiyini dedi.
Gözümə yaxşı görünmədi”, – deyə müştəri bildirib.
Onun sözlərinə görə, A.Puqaçova küçədə mühafizəsiz, yalnız köməkçisi və
sürücüsü ilə olub.
Sənətçinin butikdən beş min avro dəyərində alış-veriş etdiyi bildirilib.
Mənbə: gazeta.ru