8ec66c8f-4ad4-4fc1-adde-975be7a6bf02..jpg

Alla Puqaçovanın nəvəsi axtarışa verilib

Baxış sayı: 528 dəfə baxılıb.

Alla Puqaçovanın nəvəsi axtarışa verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada məhkəmə icraçıları borca görə Rusiyanın estrada ulduzu Alla
Puqaçovanın nəvəsi aktyor və musiqiçi Nikita Presnyakov və onun həyat yoldaşı
axtarışa veriliblər.

ABŞ-də olan Nikita Presnyakov və həyat yoldaşı Alyona Presnyakova “Niko Sport”
şirkətini idarə edirlər. Şirkət küçə idman avadanlıqlarının distribütorudur. O,
Moskvada və regionda inşaatçıların sifarişi ilə idman meydançaları
quraşdırmaqla, həmçinin dövlət müqavilələrini yerinə yetirməklə pul qazanır.

Məlumata görə, Alyonanın Federal Vergi Xidmətinə təxminən 80 min rubl (1 490
manat) borcu var və indi məhkəmə icraçıları şirkətdə qeydiyyatda olan
avtomobillərinə görə Presnyakovların axtarışına qoşulublar.

Avtomobilin iki ildir yığılan cərimələri ödənilmir. Cərimə məbləği isə artıq
60 min rubla (1 115 manat) çatıb.

Mənbə: “SHOT” “Telegram” kanalı

Source link