dc6434d9-bf69-46c2-97bb-f509847aa6c3..jpg

Alla Puqaçovanın Rusiyaya qayıtmağının səbəbi məlum oldu

Baxış sayı: 803 dəfə baxılıb.

Alla Puqaçovanın Rusiyaya qayıtmağının səbəbi məlum oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı sənətçi Alla Puqaçovanın Rusiyaya qayıtmağının səbəbi məlum
olub.

Onun vəsiyyətnamə tərtib etmək və əri Maksim Qalkinin xarici agent statusunu
ləğv etmək üçün ölkəsinə qayıtdığı bildirilir.

Primadonna çoxdan bütün əmlakını kiçik övladlarına vəsiyyət edib. Lakin Moskva
yaxınlığındakı Qryaz kəndində yerləşən qəsr hələ də onun əri Maksim Qalkinə
məxsusdur. Buna görə də Puqaçova bu məsələni notariusla həll etmək qərarına
gəlib.

Müğənninin ətrafı hesab edir ki, o, həmçinin Qalkinin üzərindən xarici agent
statusunun götürülməsi məsələsində də ərinə kömək etməyə çalışacaq.

Qeyd edək ki, Alla Puqaçova ölkəsinə qayıtdıqdan dərhal sonra müğənninin
saxlanılması və Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində iştirakı
ilə bağlı dindirilməsi tələb olunub.

Mənbə: “Lenta dnya” “Telegram”

Source link