Alla Puqaçovanın yeni istedadı üzə çıxıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya estradasının primadonnası Alla Puqaçovanın yeni istedadı üzə çıxıb.
Məlumata görə, 30 il primadonna ilə işləmiş gitaraçı Aleksandr Levşin ifaçının
gözlənilməz istedadını açıqlayıb.
Onun sözlərinə görə, ifaçı həmişə gözəl rəsm çəkib, təsviri sənətə meyilli
olsa da, nədənsə istedadını üzə çıxarmamağa üstünlük verib.
“Alla gözəl çəkir. Pərəstişkarları yəqin ki, onun vallarının görünüşünü
xatırlayırlar. Belə ki, valların üz qabığındakı “Qulliver” şəklini Alla özü
çəkib. Onun daha çox yaxşı rəsmləri var idi. Bilmirəm, nədənsə o, bir dəfə də
olsun fərdi sərgisini təşkil etməyib”, – deyə musiqiçi bildirib.
Mənbə: lenta.ru