Allahşükür Paşazadə axund və imamlara xəbərdarlıq edib

Allahşükür Paşazadə axund və imamlara xəbərdarlıq edib

Baxış sayı: 6. 606 dəfə baxılıb.

“Mən sabahdan etibarən artıq orucumu tutmağa başlayacam”.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda Ramazan ayının başlaması ilə əlaqədar olaraq Şamaxı Rəsədxanasının alimləri ilə məsləhətləşmələr aparılıb:

“Mayın 17-si Ramazan ayının ilk günüdür. Həmçinin Şəvval ayının da birinci günüdür”.

A.Paşazadə çıxışında orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq da edib.

O qeyd edib ki, bu, düzgün və təqdirəlayiq hərəkət deyil:

“İftardan əvvəl imkanlı şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır. Bu məsələyə diqqət etməyiniz məsləhətdir”.

.
www.ÇıxışYolu.Com