dd477b04-1e76-42e1-b7d4-2d35522c398c..jpg

Allahverdi Yolçuyev: “Gözümə kimlərsə görünür, qorxu yaradır” – AÇIQLAMA

Baxış sayı: 750 dəfə baxılıb.

Allahverdi Yolçuyev: “Gözümə kimlərsə görünür, qorxu yaradır” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Allahverdi Yolçuyevin səhhətində problem var.

Bu barədə Cixisyolu.com-a aktyorun özü məlumat verib. O, dörd ildir ki, Parkinson
xəstəliyi ilə mübarizə apardığını qeyd edib:

“Bu xəstəlik beyində hüceyrələri öldürür. Müalicə alıram. İki ildir ki, xalq
təbabəti ilə müalicəyə keçmişəm. Az da olsa, irəliləyiş var. Lakin sağ əlim
əsir, dayanmır.

İnkişaf etmiş ölkələrdə bu xəstəliyi müalicə edirlər. Amma əməliyyat da
olunmalısan. Əməliyyatı çox bahadır. Ancaq əməliyyat olunsan belə, daim dərman
da içməlisən”.

A.Yolçuyev ağrılarının azalmadığını söyləyib:

“Ağrılarım gün ərzində olur. Xəstəlik məndə əsəb və stres yaradır. Hərəkətimi
də məhdudlaşdırır. Yuxu sistemim də pozulub. Bəzən gözümə kimlərsə görünür,
qorxu yaranır. Şəkər xəstəliyi kimidir, həyat tərzimə çevrilib. Gərək özünü
qoruyasan, o da çətin”.

“Mən illərdir işləmirəm. 280 manat təqaüd alıram. Efirlərə özüm getmirəm.
Çünki özümü yaxşı hiss etmirəm. Efirdə işıqlar, səs-küy mənə təsir edir”, –
deyə əlavə edib.

Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev
xəstəliklərdən əziyyət çəkdiyini dilə gətirib.

Nəzrin Vahid

Source link