ffb2209d-59eb-4a99-ac13-94301358e002..jpg

Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” – AÇIQLAMA

Baxış sayı: 514 dəfə baxılıb.

Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Allahverdi Yolçuyev yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə Cixisyolu.com-a aktyorun özü məlumat verib.

O, dörd ildir ki, Parkinson xəstəliyi ilə mübarizə apardığını qeyd edib:

“Bu xəstəlik beyin hüceyrələrini öldürür. Əlim əsir, dayanmır. İnkişaf etmiş
ölkələrdə bu xəstəliyi müalicə edirlər. Lakin əməliyyat da olunmalısan.
Əməliyyatı bahadır. Əməliyyat edib, beyinə çip yerləşdirirlər. Artıq bizdə də
bu əməliyyatı edirlər. İki nəfər əməliyyat edilib. Beyinə çip yerləşdirmə
əməliyyatı müvəffəqiyyətlə nəticələnib.

Həkimlə də görüşdüm. Bir həftəyə müayinə prosesi baş tutacaq. Hər şey uyğun
olsa, yaxın günlərdə əməliyyat oluna bilərəm”.

A.Yolçuyev əməliyyatın təhlükəsi olmadığını əlavə edib:

“Başqa yolum yoxdur. Əməliyyat olunmalıyam. Çünki əsmə getdikcə artır.
Əməliyyatın ödənişini də klinika öz üzərinə götürüb. Dəstək olan hər kəsə
təşəkkür edirəm. Rahatam. Qorxum yoxdur. Əsmə əslində eybəcərlik deyil. Sadəcə
narahat olanda çox pis oluram. Beyinlə əlaqədardır, əsəbi olursan, qorxursan,
gözünə kimsə görünə bilər. Ümid edirəm ki, yaxşı olar”.

Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev
əməliyyat olunacağını dilə gətirib.

Nəzrin Vahid

Source link