“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

Baxış sayı: 3. 742 dəfə baxılıb.

Xəyal, yoxsa reallıq?

Rəsmi və istehsalçının bir illik zəmanətilə “iPhone” cəmi 799 AZN.

iPhone CPO (certified pre-owned) nədir ? 

Gəlin, ilk öncə hamını narahat edən suala cavab verək: “CPO” (certified pre-owned) telefonlar ikinci əl telefonlarmı hesab edilir? 

Cavab: Əlbətdə ki xeyr!

CPO (certified pre-owned) “Apple” tərəfindən təkrar emaldan keçərək və yenilənərək rəsmi satış mərkəzləri tərəfindən satışa buraxılır (Azərbaycanda rəsmi satış hüququ “Apple” “Premium Reseller” statuslu “Alma Store” mağazasına məxsusdur). Bu cihazlar, istehsal qüsurlu olan və ya “Trade in” kampaniyası əsasında rəsmi Apple satış mərkəzinə geri qaytarılan cihazlardır. Smartfonlar daha sonra “Apple” şirkətinin zavodlarına yollanır və orada hissələri tam yenilənərək yenidən satışa buraxılır. Bütün cihazlara tam yeni ekran, batareya və korpus quraşdırılır.

Sonrakı mərhələdə isə bu smartfonlar digər cihazların istehsalında olduğu kimi müəyyən olunmuş “Apple”-ın bütün testlərdən keçir. Bütün testləri uğurla tamamlayan cihazlar yeni seriya nömrəsi, qulaqlıqlar və şarj cihazı ilə qutulara qablaşdırılır. Bütün bərpa edilən texnikaya Apple bir il beynəlxalq zəmanət verir.

Xarici görnüşü ilə  “iPhone 6s CPO” “iPhone 6s” heçnə ilə seçilmir. Fərq yalnız —qablaşdırılmasındadır. Bu qutuların arxa hissəsində cihazın yenilənmiş olduğunu göstərən işarə yerləşir. Yenilənmiş cihaz, qutunun arxasında adından əvvəl gələn RFB (tam. refurbished) yazısı ilə ayırd edilir. 

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

Yaxşı, bəs “CPO (certified pre-owned)” “iPhone”-ların bu qədər məşhur olmasının səbəbi nədir? 

Cavab: Qiyməti. 

Misal üçün, “CPO” “iPhone 6S” yeni çıxan “iPhone 8”-dən demək olar ki, seçilmir, lakin iki dəfə ucuzdur. Bu da onu bugünki telefon bazarında optimal modellərdən birinə çevirir. Aydın məsələdir ki, sonrakı iki nəsildən sonra belə “iPhone 6S” yetəri qədər güclü cihaz olaraq qalacaq. Bunun üçün heç bizim izahımıza da ehtiyac yoxdur. Bəs görək, “iPhone 6S” istifadəçisi “iPhone 8” ilə müqayisədə nə itirir? İki qat qiymət endirimi sizə daha məntiqli bir seçim verir, yoxsa vaxtı keçmiş bir cihaz?

Gəlin birlikdə aydınlaşdıraq.

Dizayna nəzər yetirək.

Dizayn baxımından “iPhone 6”-nın gəlişindən sonra “Apple” öz smartfon seriyasında ciddi dəyişikliklər etməyib. Bu oxşarlıq “iPhone 6S” və “iPhone 8” müqayisəsində də özünü göstərir. Telefonların dizaynında gözə çarpan əsas dörd dəyişiklik var. 

1.Arxa kameranın bir qədər sola və aşağı endirilməsi dizayndakı nəzərə çarpacaq dəyişikliklərdən biridir.

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

2. “iPhone 6s”-in metal, “iPhone 8”-in isə şüşə materialdan hazırlanmış gövdəyə sahib olması aradakı əsas fərqlərdən biridir, amma nəzərə almaq lazımdır ki, metal gövdə şüşəyə nisbətən daha dözümlüdür. Məsələn, “iPhone 8” əlinizdən yerə düşsə, arxa hissəsinin şüşə materialdan olması səbəbi ilə tez sınır, lakin “iPhone 6s” modelində bu belə deyil.

3.Audio giriş (qulaqlıq girişi) – Yeni trendə görə mobil cihazlarda qulaqlıq girişinin olmaması artıq dəb halını alıb. “iPhone 6s”-i, “iPhone 8”-dən fərqləndirən önəmli detallardan biri də “iPhone 6s”-də 3.5 mm-lik qulaqlıq girişinin yerləşməsidir. “iPhone 7” və “8” modellərində isə siz qulaqlıqdan yararlanmaq üçün əlavə konnektordan, yaxud “Bluetooth” qulaqlıqlardan istifadə etməlisiniz.

4. Dizaynda olan əsaslı fərqlərdən biri də telefonların arxa hissəsində olan antena yerləridir. “6s” metal gövdəyə sahib olduğundan şəbəkənin yaxşı qurulması üçün yuxarı və aşağı hissədə plastik antenalar yerləri yerləşdirilib. “iPhone 8” modelində isə bu daha səliqəli şəkildə yerləşdirilib.

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

Nəticə etibarilə, hər iki telefon ənənəvi yeni nəsil “iPhone” görüntüsünü qoruyur və aradakı qiymət fərq “iPhone 6s”-i daha önə çəkir. Hər iki modeldə ekran ölçüləri dəyişməz qalıb. Önə çıxan fərqlər isə cədvəldə qeyd olunub.

Aşağıda müqayisə cədvəlinə nəzər yetirək.

Bu mövzuda sözü uzatmadan “iPhone 8”-in çox daha güclü tərəf olduğunu demək olar.

Smartfon

iPhone 6s CPO

iPhone 8

 

Ölçülər

 

138,1×67,1×7,1mm

 

138,4×67,3×7,3 mm

 

Çəki

 

143 q

 

148q

 

Korpus

 

metal

 

Şüşə, metal

 

Xüsusiyyətləri

3,5-mm audio giriş, fiziki Home düyməsi

Sudan və tozdan qorunma, sterio səs dinamikləri, naqilsiz şarj aləti.

Performans

Lakin! Necəki at gücü hədsiz çox olan avtomobillər üçün “Bu qədər güc lazımdırmı?” sualını veririksə “iPhone 8” üçün də bu sual aktualdır. 
Aydın məsələdir ki, “iPhone 8” göstəriciləri daha yüksəkdir, “Apple” sonuncu smartfonu altinüvəli prosessor “А11 Bionic” sayəsində,  bütün dünyadakı smartfonlarla müqaisədə şərtsiz liderdir.

Buna baxmayaraq “iPhone 6s” yenədə mükəmməl məhsuldarlıq nümayiş edir. Bu qədər güc “AppStore”-dakı “ən ağır” oyunlara belə ehtiyac yaratmır . 

Tələb etdiyi qrafik görüntü, hesablama gücü və ram təzyiqini nəzərə alaraq seçdiyimiz “Need for Speed”, “Dead Trigger 2”, “MTB: Downhill”, “Asphalt Xtreme” kimi “ağır” oyunların hər-biri rahat və heç bir donma olmadan “iPhone 6S” modelində çalışır. FPS dəyəri də heç vaxt 30-dan aşağı düşmür.

Ram göstəricisi hər iki cihazda 2GB-dır. “iOS”-in yaxşı optimizasiyası hər iki cihazın ram problemi yaşamadan arxa planda bütün işləri həll etməsinə imkan yaradır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, “iPhone 6s CPO” Antutu testlərində 125.000-lik xal toplayır. Bu da o deməkdir ki, cihaz keçən ilin flaqman smartfonları ilə başabaş mübarizə apara bilir. Qısası, “iPhone 6S CPO” bu günki standartlar üçün yetəri qədər güclü cihazdır.

Kameralar

“iPhone 6”-dan sonra “Apple”, cihazlarında kamera bacarıqlarını kifayət qədər inkişaf etdirib. “iPhone 8”-in kamerası isə bu inkişafın nəticəsi olaraq indi bütün dünya üzrə ən yaxşılardan hesab olunur. “iPhone 6S” isə müqayisədə zəifdir.

İki modelin kamera xüsusiyyətlərinin müqayisəsi:

Smartfon

iPhone 6s CPO

iPhone 8

 

Əsas kamera: foto

12 Mp, f/2.2, 29 mm ikiseqmentli işıqlandırma

12 Мp, f/1.8, 28 мм,

optik stabilizasiya dördseqmentli işıqlandırma

 

Əsas kamera: video

2160p@30fps,

1080p@120fps

720p@240fps

 

2160p@60fps, 1080p@240fps

 

Ön kamera

5Mp, f/2.2, 31mm,

1080p@30fps,720p@240fps

 

7 Mp, f/2.2, 1080p@30fps, 720p@240fps

Kamera (Canlı fotolar) 

Xatırlatmaq istərdik ki, “Live Photos” (Canlı fotolar) – “iOS” əməliyyat sistemində proqram funksiyalarından biridir (kamera əlavəsində), hansı ki, “iPhone”-da animasiyalı fotoların əldə etməyə imkan verir.  “Live Photos” — “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin əsas xususiyyətlərindən biridir, 2015-ci ildə ekskluziv olaraq qeyd edilən modellərdə istifadəyə verilib.

Müxtəlif şəraitdə çəkilən şəkillər:

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

“Alma Store” “iPhone 6s CPO” smartfonların satışına başlayır

Batareya ömrü.
“iPhone 6s” və “iPhone 8” modellərinin batareya ömrünü müqaisə edək. 

“Apple” qeyd edir ki, “iPhone 6s” batareya ömrü:

Danışıq rejimində: 14 saata qədər.
İnternetdən istifadə zamanı: 10 saata qədər.
Videodan istifadə zamanı: 11saata qədər.
Audiodan istifadə zamanı: 50 saata qədər.

“iPhone 8” batareya ömrü:

Danışıq rejimində: 14 saata qədər.
İnternetdən istifadə zamanı: 12 saata qədər.
Videodan istifadə zamanı: 13 saata qədər.
Audiodan istifadə zamanı: 40 saata qədər.

Müqayisə göstərir ki, “iPhone 8” bir az öndədir. Reallığda isə, hər iki cihaz demək olaraq çalışır-bir sutka (istifadədən aslıdır).

Nəticə.

Əlbəttə, “iPhone 8” (2017) bütün testlərdə “6S”-i (2015) qabaqlayır. Amma “iPhone 6S CPO” heç də zəif rəqib deyil və əsas “iPhone 8”-dən iki dəfə ucuzdur. “AppStore”-dakı ən ağır oyunları rahat oynada bilir və batareyası da ən yeni “iPhone 8”-lə müqayisədə təxminən 1 saat geri qalır.

“iPhone 6s CPO iOS” əməliyyat sistemi ilə tanış olmaq istəyən və bununla yanaşı artıq ödəniş etmək istəməyənlər üçün tövsiyə etmək olar.

“iPhone 6s CPO” Azərbaycanda iki dəfə “iPhone 8” ucuzdur. 
“iPhone 6s CPO” rəsmi olaraq “Alma Store” (Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeqanə salondur) mağazalarından əldə edə bilərsiniz.
 Hazırda satışda “iPhone 6s” iki versiyası satışdadır: “iPhone 6s CPO” və “iPhone 6s”:

“iPhone 6s CPO” 16 GB (Space Gray) – 799 AZN
“iPhone 6s CPO” 32 GB (Space Gray) – 849 AZN
“iPhone 6s CPO” 64 GB (Space Gray) – 899 AZN

“iPhone 6s” 32 GB (Space Gray) –  1059 AZN
“iPhone 6s” 128 GB (Space Gray) – 1559 AZN

Qiymətdə böyük fərqi nəzərə alaraq “iPhone 6s CPO” çox maraqlı görünür.  “Apple” aləminə və “iOS” ekosisteminə dalmağın, çoxdan ucuz qiymətə ağıllı smartfon əldə etmək istəyənlərin əsil zamanıdır. Qeyd etmək istərdik ki, məhsulu kreditlədə əldə etmək mümkündür.

www.ÇıxışYolu.Com