Almaniya məktəbində qaz zəhərlənməsi ilə bağlı 30-a yaxın şagird xəstəxanaya yerləşdirilib.
ÇıxışYolu.Com “Ren TV”yə istinadən xəbər verir ki, insident Zultsbax kommunasına aid məktəbdə qeydə alınıb.
Şagirdlərdən biri məktəbin foyesinə zərərli qazdan ibarət balon atıb. Nəticədə foyedə olan 10-15 yaşlarında olan şagirdlərin halı pisləşib. Yeniyetmələr nəfəs yollarının zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dələduzluq edən şagird polis tərəfindən saxlanılıb.