Alman nazir: İslam Almaniyanın dini deyil – YENİLƏNİB

Alman nazir: İslam Almaniyanın dini deyil – YENİLƏNİB

Baxış sayı: 3. 206 dəfə baxılıb.

Almaniyanın yeni qurulan koalisiya hökumətində ilk ciddi polemika yaşanır.

ÇıxışYolu.Com “The Local”a istinadən xəbər verir ki, buna səbəb Almaniyanın DİN rəhbəri Horst Zeyehoferin İslam dini barədə qalmaqallı bəyanat səsləndirməsidir.

Almaniya kansleri Angela Merkel buna dərhal reaksiya verib. Merkelin sözlərinə görə, Almaniya dövlətinin yəhudi-xristian kökləri üzərində qurulmasına baxmayaraq, bu gün ölkədə dörd milyondan çox müsəlman yaşayır.

 “Bu müsəlmanlar Almaniya dövlətinin bir parçasıdır, onların etiqad etdiyi din – İslam dini də Almaniyanın bir hissəsidir”, – deyə Merkel jurnalistlərə verdiyi açıqlamada bildirib.

20:21

Almaniyanın yeni təyin olunmuş daxili işlər naziri Horst Zeyehofer  İslamın  Almaniyanın dini olmadığını bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC Alman KİV-ə istinadən məlumat yayıb.

Horst Zeyehofer kansler Angela  Merkelin müsəlman qaçqınlara ölkədə sığınacaq verilməsi siyasətinin qəti əleyhdarlarından sayılır.

Buna baxmayaraq ona, yeni qurulmuş koalisiya hökumətində əsas dövlət postlarından biri həvalə olunub.

Siyasi şərhçilər onun anti-İslam bəyanatlarının qatı-sağçı “Almaniya naminə alternativ” hərəkatından olan seçicilərin dəstəyini qazanmağa hesablandığını bildirir.

“Bild” qəzetinə verdiyi müsahibədə Zeyehofer Almaniya dövlətinin xristiyanlıq təməlləri üzərində qurulduğunu və bu ənənənin pozulmasının yolverilməz olduğunu bildirib.

“Xeyr. İslam dini Almaniyaya məxsus deyil. Almaniya dövləti xristiyanlıq təməlləri üzərində qurulub. Bizim aramızda yaşayan müsəlmanlar Almaniyaya məxsusdur. Ancaq bu o demək deyil ki, onlara görə, öz adət və ənənələrimizdən vaz keçməliyik. Müsəlmanlar bizim aramızda yaşamalıdır, ya bizimlə olmalıdırlar ya da bizə qarşı”deyə yeni DİN rəhbəri bildirib.

.
www.ÇıxışYolu.Com