Almaniya ABŞ xüsusi xidmət orqanlarından kömək istədi

Baxış sayı: 3. 974 dəfə baxılıb.

Almaniya ABŞ xüsusi xidmət orqanlarından kömək istədi

Almaniya haker hücumunun araşdırılması məqsədi ilə ABŞ xüsusi xidmət orqanlarına müraciət edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Bild nəşri yazır.

Konkret olaraq Berlin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyindən kömək istəyib.

Bildirilir ki, hakerlər oğurlanmış məlumatların yalnız bir hissəsini internetdə yerləşdiriblər.

Qeyd edək ki, hakerlər tərəfindən mobil telefonların nömrələri, şəxsi elektron poçt ünvanları, rəsmi və özəl yazışmalar, şifrələr, şəxsi şəkillər və sənədlər oğulanıb.

www.ÇıxışYolu.Com