72bf3de9-d715-4ca4-9de4-7fb5058561fa..jpg

Almaniya Bundesliqası: “Bavariya” 37 dəqiqəyə səkkiz qol vurub lider oldu

Baxış sayı: 661 dəfə baxılıb.

Almaniya Bundesliqası: “Bavariya” 37 dəqiqəyə səkkiz qol vurub lider oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında IX turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, son çempion “Bavariya” öz meydanında “Darmştadt”la
üz-üzə gəlib.

Qarşılaşma Münhen klubunun böyük hesablı qələbəsi ilə başa çatıb 8:0. Komanda
səkkiz qolu 37 dəqiqə ərzində vurub.

Hesabı 51-ci dəqiqədə Harri Keyn açıb. Beş dəqiqə sonra Leroy Sane fərqi iki
topa çatdırıb. 60-cı dəqiqədə Camal Musiala üçüncü qolu vurub. Dörd dəqiqə
sonra Sane dublunu rəsmiləşdirib. 69-cu dəqiqədə dubl etmək növbəsi Keynə
çatıb. 71-ci dəqiqədə Tomas Müller də adını tabloya yazdırıb. 76-cı dəqiqədə
isə Musiala dublunu rəsmiləşdirib. 88-ci dəqiqədə het-trik edən Keyn oyunda
yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, “Bavariya”nın heyətində dördüncü dəqiqədə Yozua Kimmix birbaşa
qırmızı vərəqə alıb. Qonaq komandada isə 21-ci dəqiqədə Klaus Qyasula, 41-ci
dəqiqədə Matey Mqalitsa meydandan qovulublar.

Qələbə sayəsində xallarını 23-ə çatdıran “Bavariya” birinci pilləyə yüksəlib.
Komanda bir oyun az keçirən Leverkuzen “Bayer”ini bir xal qabaqlayır.
“Darmştadt” isə yeddi xalla 14-cüdür.

Faiq Tahirov

Source link