ea803284-3a73-470f-b98e-7f945cd0bc9b..jpg

Almaniya Bundesliqası: “Bavariya” rəqibini darmadağın etdi – VİDEO

Baxış sayı: 472 dəfə baxılıb.

Almaniya Bundesliqası: “Bavariya” rəqibini darmadağın etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində “Bavariya” səfərdə “Union
Berlin”i darmadağın edib – 5:1.

Münhen təmsilçisinin heyətində Tomas Müller dubl edib (53-cü və 66-cı
dəqiqələrdə). Leon Qoretska (29-cu dəqiqə), Harri Keyn (45+1-ci dəqiqə) və
Matis Tel (61-ci dəqiqə) hərəyə bir dəfə fərqləniblər.

Ev sahiblərinin yeganə qolunu isə Yorbe Vertessen vurub (90-cı dəqiqə).

Bu nəticə ilə “Bavariya” 66 xalla turnir cədvəlində ikinci yerini qoruyub.
“Union” isə 29 xalla 14-cüdür.

Source link