6bdcbf7c-70f7-4ae8-91c6-6a934bf43c9b..jpg

Almaniya Bundesliqası: “Bayer” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəltdi – VİDEO

Baxış sayı: 569 dəfə baxılıb.

Almaniya Bundesliqası: “Bayer” məğlubiyyətsizlik seriyasını 50-yə yüksəltdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 33-cü turunda “Boxum”la qarşılaşan “Bayer 04” bu dəfə
də azarkeşlərini sevindirib.

Cixisyolu.com xəbər verir ki, gözlənildiyi kimi oyuna daha fəal başlayan qonaqlar
görüşün taleyini elə ilk hissədəcə həll ediblər. 41-ci dəqiqədə Patrik Şik
komandasını qələbəyə ruhlandırıb.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqəsində səhnəyə çıxan
Bonifeys fərqi 2-yə yüksəldib – 2:0.

Fasilədən sonra hücumların kəsərini daha da artıran “Bayer 04” futbolçuları
rəqibi 3-cü dəfə cəzalandırıblar. 76-cı dəqiqədə Amin Adli dəqiq oynayıb – 3:0.

Ardınca 86-cı dəqiqədə fərqlənən Stanişiç rəqibi yenidən mərkəzə dəvət edib –
4:0.

Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə səhnəyə çıxan Qrimaldo görüşdə son
nöqtəni qoyub – 5:0.

Qeyd edək ki, bu görüşdə də qalib gələn “Bayer 04” məğlubiyyətsizlik
seriyasını 50-yə yüksəldərək öz dünya rekordunu yeniləyib.

Source link