“Arsenal”, “Real Madrid”, “Fənərbağça” kimi klublarda oynamış dünyaca məşhur
futbolçu Mesut Özil “Qarabağ” tərəfindən Azərbaycana dəvət olunub.
Cixisyolu.com xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı
olacaq.
Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda
üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.
Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”,
“Fənərbağça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya
millisi ilə 2014-cü ildə dünya çempionu olub.