Almaniya miqrasiya qaydalarını sərtləşdirir

Almaniya miqrasiya qaydalarını sərtləşdirir

Baxış sayı: 2. 494 dəfə baxılıb.

Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkədə yaşamaq icazəsi almayan miqrantların repatriasiyası qaydalarının sərtləşdirilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlayır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Almaniya KİV-də məlumat yayıb.

“Biz Almaniyada yaşamaq hüququ əldə etməyən insanların öz vətənlərin qaytarılması ilə bağlı ölçüləri sərtləşdirməliyik”, – deyə nazir “Paussauer Neue Presse” qəzetinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, dövlət deportasiya edilməli olan şəxslərə müavinətlərin verilməsini dayandırmalıdır, onlara yalnız qeyri-maddi sosial yardım göstərilməlidir.

.
www.ÇıxışYolu.Com