Almaniya ordusunun pulu çatışmır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin iclasında 2025-ci ildə
ölkənin hərbi büdcəsinin altı milyard avro kəsiri olacağını bildirib.
Onun fikrincə, belə vəziyyətdə Almaniyanın ÜDM-nin 2%-i həcmində NATO-ya
ödənişi sual altındadır.
Bildirilib ki, Müdafiə Nazirliyi bu problemləri Maliyyə Nazirliyi ilə müzakirə
edir, lakin hələlik konsensus əldə olunmayıb.
Maliyyə Nazirliyi müdafiə idarəsinin xəzinəsini doldurmağın yeganə yolunu
yalnız sosial ödənişləri azaltmaqda görür. Lakin buna kansler Şolts qəti
etirazını bildirir.
Mənbə: ridus.ru