325e129b-a628-464f-bd46-bf0305fa4137..jpg

Almaniya prezidentinin İlham Əliyevə zəngindəki çalarlar – TƏHLİL

Baxış sayı: 2. 850 dəfə baxılıb.

Almaniya prezidentinin İlham Əliyevə zəngindəki çalarlar – TƏHLİL

Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter
Ştaynmayer Azərbaycan Prezidentiİlham Əliyevə zəng edib.

Prezidentlərin görüşündə müzakirə edilən məsələlər:

– Regional təhlükəsizlik;

– Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan
danışıqlarının əhəmiyyəti;

– Laçın-Xankəndi yolundakı vəziyyət;

– İkitərəfli əlaqələrin perspektivi.

Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində özünü
neytral mövqedə dayanan dövlət kimi göstərsə də, ölkədəki dairələrdən Bakı
əleyhinə tozanaq qaldırılması adi hal alıb.

Ancaq Azərbaycanın Cənubi Qafqaz ölkələri içərisindəki hakim mövqeyi, ölkənin
Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları üçün getdikcə artan
əhəmiyyəti Almaniyanı düşündürür. Buna görə də Almaniya özünəməxsus məsuliyyəti
üzərinə götürməklə Azərbaycanla əlaqədar əlavə dəyər siyasətini
formalaşdırmalıdır.

Almaniya Avropa İttifaqının gücü olaraq Azərbaycanın könlünü almaq üçün üç
istiqamətdə məsafə qət etməlidir.

Birincisi, Almaniya beynəlxalq təşkilatlarda Azərbaycan-Ermənistan
münasibətləri ilə əlaqədar neytrallığını qorumalı və prosesə xələl gətirə
biləcək bəyanatlardan yayınmalıdır.

İkincisi, Almaniya ölkədə erməni lobbisinin əlində kuklaya çevrilən
siyasətçilərin leksikonunu öz dövlət siyasətinin tərkib hissəsinə qatmamalıdır.

Üçüncüsü, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini həzm etməyi
bacarmalıdır.

Bunlar Almaniyanın Cənubi Qafqazda sabitliyə verə biləcəyi töhfə payıdır.

Cənubi Qafqazdakı sabitlik Avropa İttifaqının Qara dəniz cinahı boyunca
təhlükəsizlik prinsiplərinə birbaşa təsir edir.

Bu səbəbdən də Avropa İttifaqı Cənubi Qafqazdakı dəyişikliklərə, o cümlədən
Azərbaycanın qüdrətinin artması, gündəlik formalaşdırmasına sürətlə
uyğunlaşmalı və regionla bağlı ümumi siyasət hazırlamalıdır.

İttifaq həmin istiqamətlərdə mühüm addımlar atır, amma Birliyə üzv olan
Fransanın və ona yaxın mövqedə duran dövlətlərin Ermənistan sevgisi Avropanın
daxilində mübahisələri alovlandırır.

Bir tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etibarlı
moderator kimi Azərbaycan-Ermənistan ali səviyyəli danışıqlarını təşkil
edərkən, digər tərəfdən Fransa bu prosesi korlayan addımlara gedir.

Parisin siyasəti Avropa İttifaqının vahid yanaşmasının həyata keçməsini
ləngidir, buna görə də dövriyyəyə Almaniya salınır. Çünki Berlinin mövqeyi
Fransa qədər qərəzli deyil.

Şarl Mişel və Almaniya Fransanın Cənubi Qafqaz siyasətindəki avantüraya getmək
istəmirlər, buna görə də mümkündür ki, Avropa İttifaqı səylərini Berlinin
vasitəsilə yenidən sınamağı qərara alıb.

Ştaynmayerin Əliyevə zəngi Avropa İttifaqının Almaniyanı “Azərbaycanın nəbzini
sən yoxla” təlimatına uyğun çalarlara malikdir.

Ola bilər ki, cənab Ştaynmayer Əliyevə Avropa İttifaqının moderatorluğu ilə
keçirilən görüşlərin pozitiv nəticələrin əldə edilməsi üçün əhəmiyyətindən
danışıb.

Avropa İttifaqı yenidən İlham Əliyevlə Ermənistanın baş naziri Nikol
Paşinyanın görüşünü təşkil etməkdə inadkar görünür.

Azərbaycan Avropa İttifaqı formatındakı danışıqlardan qaçmır, o şərtlə ki,
dialoqa avantürist maraqlar ürcah edilməsin.

Bu baxımdan Almaniya Fransanın axarına qoşulmamaq şərtilə İttifaqın qüdrətli
üzvü kimi prosesi qabağa aparmaq gücünə sahibdir.

Aqşin Kərimov

Source link