Almaniya qırıcılarının çoxu yararsız çıxdı

Almaniya qırıcılarının çoxu yararsız çıxdı

Baxış sayı: 2. 574 dəfə baxılıb.

Almaniya hərbi hava qüvvələrinə aid “Eurofighter” qırıcılarının əksəriyyəti hərbi əməliyyatlarda iştirak üçün yararsızdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Der Spiegel” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Nəşrin məlumatına görə, buna səbəb, hərbi təyyarələrin qanadlarında olan sensorlu konteynerlərdə qüsurun olmasıdır. Sözügedən sensorlu konteynerlər yaxınlaşan düşmən təyyarəsi haqda pilotu xəbərdar edir.

“Der Spiegel”in mənbəsinə görə, yüklənmə zamanı bu qurğunun soyutma sistemində ciddi nasazlıq yaranır və sensorlar sıradan çıxır. Nəticədə pilot özünü “kor qırıcının” göyərtəsində hesab edir, qırıcının effektivliyi əhəmiyyətli dərəcədə azalır.

Qırıcıların digər problemi, hərbi sursatların azlığıdır. Raketlərin sayı məhdud olduğundan hərbi əməliyyatlarda eyni vaxtda ən çoxu dörd “Eurofighter” qırıcısı iştirak edə bilir.

Qeyd edək ki, hazırda Almaniya hərbi hava qüvvələrinin sərəncamında 128 “Eurofighter” qırıcısı var.

.
www.ÇıxışYolu.Com