Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona ölkənin
şərqində NATO-nun dəniz komandanlığı qərargahının yaradılması ilə bağlı rəsmi
etiraz bildirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Vaşinqton, Brüssel və Berlin başa düşməlidirlər ki, keçmiş Almaniya
Demokratik Respublikasının (ADR) ərazisində NATO-nun hərbi infrastrukturunun
genişləndirilməsi mənfi nəticələrə səbəb olacaq və bu, Rusiya tərəfindən
cavabsız qalmayacaq”, – nazirlikdən bildirilib.