Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın İsrailə hücumu təhlükəsi ilə əlaqədar Almaniya səfirliyinin
əməkdaşlarının ailə üzvləri İranı tərk edirlər.
İranı tərk edəcək Almaniya vətəndaşının dəqiq sayı hələ ki məlum deyil.
Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri tərəfindən də
əlavə təhlükəsizlik tədbirləri görülür. Vaşinqton, Paris və Berlin bu həftəsonu
İranın İsrailə mümkün hücumunu gözləyir.
İranın hücumu ilə bağlı iki əsas variant nəzərdən keçirilir: İsraildə və ya
ondan kənarda konkret hədəfə istiqamətlənmiş zərbə və ya İsrail ərazisinə
irimiqyaslı raket hücumları.
Qeyd edək ki, daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi bütün Almaniya
vətəndaşlarına İranı mümkün qədər tez tərk etməyə çağırıb. Niderland da
həmçinin Tehrandakı səfirliyinin bağlandığını elan edib.
Mənbə: “BILD”