Almaniyada 50 yeniyetmə polis bölməsinə hücum etdi

Baxış sayı: 2. 355 dəfə baxılıb.

Almaniyada 50 yeniyetmə polis bölməsinə hücum etdi

Almaniyanın Bavariya Federal torpağının Ştarnberq şəhərində 50-yə yaxın yeniyetmə polis bölməsinə hücum etməyə cəhd edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Spiegel Online” nəşri məlumat yayıb.

Hücum edən şəxslərin dostu aqressiv hərəkətinə görə polis tərəfindən saxlanılıb. Qrup isə dostlarını oradan çıxarmağa cəhd edib.

Məlum olub ki, yeniyetmə məzun günü ilə bağlı tədbirdə sərxoş vəziyyətdə saxlanılıb. Onu bölməyə gətiriblər. Sonra isə bir qrup yeniyetmə binaya yaxınlaşıb, polis bölməsinə butulka atıblar və giriş qapını sındırmaq istəyiblər.

Onlar dostlarının buraxılmasını tələb ediblər. Polislər xuliqanları sakitləşdirə bilib.

İnsident nəticəsində polis bölməsinin pəncərələri sınıb.

Yeniyetmələr barəsində hansı qərarın veriləcəyi hələ bilinmir.