Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb.
Məlumata görə, 80 şəhərdə avtobus, tramvay və metronun hərəkəti
məhdudlaşdırılıb.
Tətilə “Verdi” həmkarlar ittifaqı çağırıb. Assosiasiya 130 nəqliyyat
müəssisəsinin işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının
artırılmasını tələb edir. Yalnız bir federal əyalətdə – Bavariyada tətillər
yoxdur.
Bu, “Verdi”nin bu həftə çağırdığı ikinci genişmiqyaslı etirazıdır. Bir gün
əvvəl hava limanının təhlükəsizlik işçiləri işlərini dayandırdılar – mindən çox
reys ləğv edildi, tətil 200 min sərnişinin planlarını pozdu.
Mənbə: TASS