Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 26 min sakin təxliyyə edilib

Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 26 min sakin təxliyyə edilib

Baxış sayı: 2. 712 dəfə baxılıb.

Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan təxliyyə edilib.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.

Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.

www.ÇıxışYolu.Com