Almaniyada fermerlərdən etiraz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyalı fermerlər güzəştlərin ləğvinə etiraz əlaməti olaraq Frankfurt-Mayn
hava limanı ərazisində növbəti etiraz aksiyası keçiriblər.
Bu barədə DPA agentliyi yazıb.
Qeyd olunur ki, fermerlər hava limanına aparan bir neçə yolu bağlayıblar.
Aksiyaya gün ərzində 2 minə yaxın kənd təsərrüfatı texnikası cəlb olunacaq.
Axşam saatlarına qədər hava limanına gedişin çox çətin olacağı gözlənilir.
Şəhər polisi vətəndaşları şəxsi avtomobilləri ilə aeroporta getməkdən çəkinməyə
çağırıb.
Xatırladaq ki, Almaniya hökuməti daha əvvəl 2024-cü il üçün büdcə qənaəti
axtarmağa məcbur qalıb. Bu, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60
milyard avro xərclənməsini qadağan edən hökmündən sonra zəruri olub.
Qənaətlərlə bağlı bəzi maddələr fermerlərə aid olub. Onların dizel yanacağı
alışı zamanı endirimlərdən və vergi güzəştlərindən məhrum edilməsi nəzərdən
keçirilib. Ölkənin Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə
hər il 480 milyon avro qənaət etməyə kömək edəcək. Bunun ardınca genişmiqyaslı
etirazlar baş verib. Yanvarın 4-də məlum olub ki, Almaniya Nazirlər Kabineti
planı korrektə edib: güzəştlər dərhal yox, tədricən, özü də tam həcmdə olmadan
ləğv ediləcək. Fermerlər bununla da razılaşmayıb və etirazlarından əl
çəkməyəcəklərini bildiriblər.
Alman fermerlər yanvarın 8-də etiraz aksiyalarına davam ediblər. Onlar
Almaniyanın müxtəlif yerlərində federal magistrallardakı qovşaqları və yük
limanlarındakı konteyner terminallarını bağlayıblar. Yanvarın 15-də Berlində
genişmiqyaslı nümayiş keçirilib; etirazçılar Brandenburq qapısına 5 min kənd
təsərrüfatı texnikası toplaya bilib.