Almaniyada insan alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı “müxalifətçilər” tutuldu

Almaniyada insan alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı “müxalifətçilər” tutuldu

Baxış sayı: 2. 217 dəfə baxılıb.

Almaniyada insan alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı “müxalifətçilər” tutuldu

Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib.

Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb.

Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə “Müsavat” partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Tutulan şəxslərin siyahısı:

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

2) İlham Həsən – “Müsavat” Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, “Müsavat” Partiyasının üzvü, “Müsavat” AKM sədr müavini;

4) Abdin Cavadov – “Müsavat” AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;

5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;

6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü;

7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

Qeyd edək ki, polis Şimali Reyn Vestfaliya, Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox məkana basqın edib. Əməliyyatda 500-dən çox polis iştirak edib. Digər əməliyyatda isə 13 evə və iş yerinə basqın edilib.

Polisdən verilən məlumata görə, saxlanılan şəxslər 20-dən çox həmvətənini qanunsuz yollarla Almaniyaya gətirib. 

Basqın edilən yerlərdə aparılan axtarışlar zamanı silah da aşkar edilib. Saxlanılanlar barəsində altı ay müddətinə həbs qərarı çıxarılıb.