Almaniyada İsrail bayrağını yandıranlar ölkədən qovulacaqlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Almaniyada İsrail bayrağını yandıranlar mühakimə olunacaq və ölkədən
qovulacaqlar”.
Bunu Almaniyanın vitse-kansleri Robert Habek deyib.
“Antisemitizm hər bir formada qəbuledilməzdir. Berlin və Almaniyanın digər
şəhərlərində islamçı nümayişlərin miqyası dözülməzdir və sərt siyasi reaksiya
tələb edir”, – o bəyan edib.
Habekə görə, İsrail bayrağının yandırılması kimi antisemit hərəkətlər
cinayətdir və bunu edənlər öz hərəkətlərinin nəticələri ilə üzləşməlidirlər.
“İstənilən alman buna görə məhkəmə qarşısında cavab verməli olacaq. Əgər alman
deyilsənsə, rezidentlik statusunu da riskə atırsan. Yaşayış icazəsi olmayan hər
kəs bu əməli ilə deportasiya üçün əsas verir. Müsəlman qrupları özlərinin
tolerantlıq iddialarını sarsıtmamaq üçün antisemitizmdən açıq şəkildə
uzaqlaşmalıdırlar”, – vitse-kansler qeyd edib.
Mənbə: kommersant.ru