Almaniyada keşiş kilsədən 120 min avro oğurladı

Baxış sayı: 2. 356 dəfə baxılıb.

Almaniyada keşiş kilsədən 120 min avro oğurladı

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Ballenştadt şəhərindəki kilsənin kassasından 120 min avro oğurlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Maqdeburq Yepiskopluğundan verilən açıqlamaya görə, St. Elizabet katolik kilsəsində çalışan Bernard Qaulitta adlı keşiş polisə müraciət edərək, 120 min avro pul oğurladığını etiraf edib.

Qaulitta internet fırıldaqçılarının tələsinə düşdüyünü, buna görə bu addımı atdığını deyib.

Maqdeburq yepiskopu Qerhard Feyge keşişinin işindən uzaqlaşdırıldığını deyib və bildirib ki, heç kim kilsənin pulunu məqsədləri xaricində istifadə edə bilməz.

Keşiş barədə həm hüquqi, həm də kilsə daxilində araşdırmalara başlanılıb.

www.ÇıxışYolu.Com