d437d901-b262-47ab-9640-35275fe6913c..jpg

Almaniyada kimyəvi silahla terror aktı hazırlayan iranlı həbs edilib

Baxış sayı: 944 dəfə baxılıb.

Almaniyada kimyəvi silahla terror aktı hazırlayan iranlı həbs edilib

Almaniyanın Rur bölgəsində 32 yaşlı iranlı saxlanılıb. O, zəhərli sianid və
risin maddələrindən istifadə etməklə terror aktına hazırlaşmaqda şübhəli
bilinir.

Həbs şənbə günü yerli vaxtla gecə yarısı baş verib.

Polisin məlumatına görə, şübhəli şəxs başqa bir kişi ilə birlikdə nəzarətə
götürülüb. İranlıın hücum planlarının nə qədər irəlilədiyi və konkret hədəfin
müəyyən edilib-edilmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, çox zəhərli olan risin hərbi-bioloji silah kimi tanınır. Sianid
də çox zəhərli maddə olmaqla, onun cüzi bir miqdarı belə insanlara ölümcül
təsir göstərir.

Mənbə: rbc.ua

Source link