Almaniyada klinikada pasiyentləri girov saxlayan 65 yaşlı qadın ələ keçdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyanın Axen şəhərində Luisen klinikasında barrikada quran və
hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayan 65 yaşlı qadın saxlanılıb.
Bu barədə martın 5-də Köln polisinin press-relizində məlumat verilib.
Şöbədən verilən məlumata görə, o, martın 4-də silah, iri kamikadze kəməri və
başqa bir naməlum əşya ilə xəstəxanaya daxil olub. Qadın tibb müəssisəsinin
əməkdaşlarını hədələyib, daha sonra xəstələrin palatasına keçib, pirotexniki
əşya yandırıb və dəhlizə atıb.
Yerli mediada onun 10-20 nəfər girov saxladığı barədə məlumatlar yayılmışdı.
Polislərin onunla ünsiyyət qurmaq cəhdləri uğursuzluğa düçar olub. Nəhayət o,
əlində şübhəli əşya ilə təhlükəsizlik əməkdaşlarına tərəf getdikdə polis ona
qarşı silah tətbiq etməli olub. Nəticədə qadın ağır yaralanıb. Sonradan məlum
olub ki, partlayıcı kəmər saxta, silah isə boş olub.
İstintaq zamanı o da məlum olub ki, hadisə baş verən gün səhər saatlarında 65
yaşlı qadının mənzili yanıb. Hazırda yanğını onun özünün törətdiyi ehtimal
olunur.
Müstəntiqlər onun xəstəxanaya əvvəlcə intihar niyyəti ilə gəldiyini də güman
edirlər.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başladılıb.
Mənbə: İz.ru