Almaniyada qatarlarla yüklərin daşınması dayandırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniya maşinistlərinin həmkarlar ittifaqı ölkənin əsas dəmir yolu operatoru
“Deutsche Bahn” (DB) nümayəndələri ilə uğursuz danışıqlardan sonra növbəti
tətil elan edib.
Tətil 35 saat davam edəcək. Axşam saatlarından artıq yük daşımaları
dayandırılıb.
Həmkarlar ittifaqı üzvləri həftədə iş vaxtının 38 saatdan 35 saata endirilməsi
ilə yanaşı, sürücülərin maaşlarının artırılmasını tələb edirlər.
Mənbə: Interfax