Almaniyanın Flensburq şəhərində silahlı şəxs qatarda olan sərnişinlərə hücum edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Köln şəhəri istiqamətində hərəkət edən qatarda iki sərnişin arasında mübahisə yaşanıb.
Mübahisənin gərginləşməsindən sonra onlardan biri bıçaq çıxarıb və qarşı tərəfə hücum çəkərək onu ağır yaralayıb.
Cinayətkar hadisə yerinə gələn polis əməkdaşına da müqavimət göstərib. Qadın asayış keşikçisi atəş açaraq həmin şəxsi qətlə yetirib. Qarşıdurma zamanı polis əməkdaşının yüngül yaralandığı bildirilir.
Hadisənin baş vermə halları və səbəbi araşdırılır.